“Neftçi” növbəti transferini reallaşdırdı
30 Yanvar 2015 20:14

“Neftçi” növbəti transferini reallaşdırıb. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ qaralar” “Bakı”nın sabiq üzvü Əziz Quliyevi heyətinə qatıb.Gənc futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Azərbaycan milli komandasının da şərəfini qorumuş futbolçu keçidi ilə bağlı klubun rəsmi saytına fikirlərini bölüşüb: “Mənə “Neftçi” kimi iddialı klubda çıxış etmək şansı verildiyi üçün şadam. Çalışacağam ki, oyunumla həm kluba faydalı olum, həm də yenidən milli komandaya dəvət alım”.

  • Share on Tumblr


Oxşar xəbərlər