“Qarabağ” Polşa çempionunu məğlub etdi
27 Yanvar 2015 19:16

Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Sportpress.az-ın məlumatına görə, Ağdam təmsilçisi Polşa çempionu “Legiya” ilə üz-üzə gəlib. Matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qurban Qurbanovun komandasına qələbə gətirən qolları Reynaldo (67-ci dəqiqə) və Cavid Tağıyev (82) vurub.

  • Share on Tumblr


Oxşar xəbərlər