Mirbağır İsayev: “Uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək”
19 Yanvar 2015 10:39

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev affa.az saytına fikirlərini bildirib: “Qarşıda bizi məsul oyunlar gozləyir. Komandamız üzərinə düşən məsuliyyəti dərk edir. Qarışımıza qoyulan məqsəd ilin seçmə mərhələdə əldə etdiyimiz uğurun davamının gətirilməsidir. Futbolçularımız da, məşqçi heyəti də bunu  istəyir. Oyunlara səylə hazırlaşırıq. Uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək, xarici klubların diqqət mərkəzinə düşəcəklər. Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar. Məşqlərlə yanaşı, oyunçularmızın təhsilini də diqqət mərkəzində saxlayırıq. Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyıq və bunun üçün çalışırıq”.

  • Share on Tumblr


Oxşar xəbərlər