Araz Abdullayev: “Belə söz deməmişəm, yalan məlumatdır”
30 Dekabr 2014 14:10

“Neftçi”nin və millimizin üzvü Araz Abdullayev Kərbəla ziyarətinə gedəcəyi haqda yayılan xəbərləri təkzib edib. Sportpress.az-ın məlumatına görə, Abdullayev feysbuk vasitəsi ilə yeni ili Bakıda keçirəcəyini  qeyd edib: “Mətbuatda ziyarətə gedəcəyim haqda xəbərlər yer alıb. Sözsüz ki, Kərbəla torpağına ayaq basmaq gözəldi. Amma mən belə bir söz deməmişəm. Bu, yalan məlumatdır. Yeni ili ailəmnən Bakıda keçirəcəyəm. Sadəcə, məsələyə münasibət bildirdim ki, bunu oxuyanlar Bakıda məni görəndə başqa cür fikirləşməsinlər”.

  • Share on Tumblr


Oxşar xəbərlər