“Qarşıdan bayram gəlir, hamı səbrsizliklə məvaciblərin ödənilməsini gözləyir”
29 Dekabr 2014 14:58

“Turan Tovuz” klubunda yeni ilə öncəsi vəziyyət ürəkaçan deyil. Klubun mətbuat katibi Süleyman Tağıyev Sportpress.az saytına verdiyi açıqlamada deyib: “Bəzi KİV-lərdə dekabr ayının maaşının ödənildiyi haqda xəbərlər yayılıb. Amma bu, həqiqəti əks etdirmir. Lakin demək istərdim ki, hələ də dekabr ayının pulu ödənilməyib. Qarşıdan bayram gəlir, hamı səbrsizliklə məvaciblərin ödənilməsini gözləyir. Amma hələ ki, bir xəbər yoxdur”.

 

  • Share on Tumblr


Oxşar xəbərlər