“Turan Tovuz”un 4 futbolçusu milli komandada
14 Dekabr 2014 13:16

Bu gündən etibarən dekabrın 18-ə qədər Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Sportpress.az-ın məlumatına görə, I Divizinda mübarizə aparan “Turan Tovuz”un 4 futbolçusu da milli komandaya dəvət alanlar sırasındadır. Yaşlarının az olmasına baxmayaraq əsas komandada çıxış edən Abbas Ağazadə, Məhərrəm Hacıyev, Misir Rüstəmov və Musa Zeynalov milli komandanın məşqçilərinin də diqqətindən yayınmayıb. Daim Azərbaycan futboluna qazandırdığı istedadlarla ad çıxaran Tovuzun I Divizionda təmsil olunmasına rəğmən bu ən-ənəni davam etdirməsi sevindirici haldır.

Qeyd edək ki, millinin düşərgəsinə I Divizion klublarından yalnız bu 4 futbolçu dəvət olunub.

  • Share on Tumblr


Oxşar xəbərlər