“Qarabağ”-“İnter” oyununa 10 mindən çox bilet satılıb
09 Dekabr 2014 01:16

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın İtaliyanın “İnter” klubuyla  oyununa maraq gözlənildiyi kimi böyükdür. Sportpress.az xəbər verir ki, bu gün səhər saatlarından Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında növbə olub. Azarkeşlər daha çox ucuz biletlərə maraq göstərib. Axşam saatlarına olan məlumata görə bir gün ərzində 10150 bilet satılıb.

Qeyd edək ki, bilet satışı matç başlayana qədər davam edəcək. Biletlərin qiyməti 1 manatdan başlayır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“İnter” görüşü saat 21-də başlayacaq

  • Share on Tumblr


Oxşar xəbərlər