İmamverdiyev 90 dəqiqə meydanda oldu, Məlikov heyətə düşmədi
30 Noyabr 2014 21:15

Türkiyə birinci liqasında 11-ci turun oyunları keçirilir. Sportpress.az-ın məlumatına görə, Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” öz meydanında Cavid İmamverdiyevin formasını geydiyi “Elazığspor”la üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Rail Məlikovun adı “18-liy”ə düşmədiyi halda, Cavid İmamverdiyev meydana start heyətində çıxıb. İmamverdiyev 90-cı dəqiqədə Kahramanla əvəzlənib.

Qeyd edək ki, 11 turdan sonra “Elazığspor” 16 xalla 7-ci, “Denizlispor” isə 12 xalla 11-ci pillədə qərarlaşıb.

  • Share on Tumblr


Oxşar xəbərlər