Qurban Qurbanov: “Simurq” bu mövsüm avrokuboklara vəsiqə qazanacaq”
30 Noyabr 2014 19:22

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Simurq”u 3:2 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb. Sportpress.az-ın məlumatına görə, Qurbanov rəqibin layiqli müqaviməti ilə üzləşdiklərini bildirib: “Azarkeşlərimiz üçün maraqlı qarşılaşma keçdi. Səhvlər danılmazdır, həmişə olur. Uşaqlar əllərindən gələni etdilər. “Simurq” haqqında ancaq xoş sözlər söyləmək istəyirəm. Məncə, onlar bu mövsüm avrokuboklara vəsiqə qazanacaqlar. Bu səfərdən 1 xal da hər bir rəqib üçün qazancıdr. Həm nəticədən, həm də oyundan razı qaldım”.

Qurbanov zədəli olan Reynaldo haqda da danışıb: “Reynaldonu dünən Qəbələdən Bakıya göndərdim. Fransada dediyim kimi, zədəli futbolçularımızın bu il sıraya qayıtması sual altındadır. Hələ bizim üçün səfər bitməyib. Ona görə də hələ boş vaxtımız olmayıb. Hər oyunda balans yaratmağa çalışırıq. Qarşıda kubok və çempionat oyunlarımız var”.

 

  • Share on Tumblr


Oxşar xəbərlər