Çixradze: “Güclü komanda ilə oynayırdıq”
30 Noyabr 2014 19:16

“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 14-cü turu çərçivəsində “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib. Sportpress.az-ın məlumatına görə, gürecü mütəxəssis müdafiədəki səhvlərdən gileylənib: Hər iki komanda xeyli qol vəziyyəti yaratdı. Bu gün güclü komanda ilə oynayırdıq. Qalib gəlmək istəyirdik. Komandam ilk qolu vursa da, sonradan qapısından 3 top buraxdı. Yaratdığımız qol vəziyyətlərdən yalnız 2-dən yararlana bildik. Hücumda yox, müdafiədə çox səhvlərimiz oldu. Emeqara asanlıqla müdafiə xəttimizi keçirdi. Rəşad Eyyubovun oyununda sabitliyin çatışmadığını deyə bilmərəm. O müəyyən orta səviyyəyə çatıb”.

 

  • Share on Tumblr


Oxşar xəbərlər