Əmrah Çəlikəl: “Avroliqadakı son oyunumuz bütün Azərbaycan futbolu üçün çox vacibdir”
30 Noyabr 2014 14:55

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl sportpress.az saytına açıqlamasında Avroliqanın qrup mərhələsində “Sent Etyen”lə matç haqda fikirlərini bildirib.

Əmrah Çəlikəl söyləyib ki, Fransada komandanın 1 xal qazanacağına inam böyük idi: “Sent-Etyen”lə səfər matçının çətin olacağını bilirdik. Çünki, qrupdan çıxmaq şansımız böyük ölçüdə bu oyundan asılı idi. Futbolçuların hazırlığı, komandadakı əhval-ruhiyyə yaxşı nəticə qazanmağa kömək etdi. Vüqar Nadirovun qoluna çox sevindik. Arxayınlığa görə rəqibdən qol buraxdıq. Matç zamanı sona qədər diqqətli olmağımız vacibdir. Ani arxayınlıq yekun nəticəyə çox pis formada təsir edə bilər.İndi diqqətimizi yenidən Azərbaycan çempionatına yönəltməliyik. Yalnız vaxtı gələndə İtaliyanın “İnter” klubu haqda düşünəcəyik”.

“Qarabağ” rəsmisinin sözlərinə görə komandanın həm Azərbaycan çempionatında, həm də Avroliqada iddiasını sona qədər davam etdirməsi müsbət haldır: “Azərbaycan çempionatda lider olmağımız bizi sevindirir. Həm hər iki cəbhədə sona qədər mübarizə aparmalıyıq. “Simurq” yuxarıdan aşağı baxılası komanda deyil. Cari mövsüm çox yaxşı oynayırlar. Səfərdə uğur qazanmağa çalışacayıq. Baş məşqçimiz komandanı oyuna lazımi tərzdə hazırlayacaq”.

Avroliqanın qrup mərhələsində son oyuna gəlincə Əmrah Çəlikəl “Qarabağ”a inandığımı bildirdi: “Biz hər zaman olduğu kimi futbolçularımıza, məşqçilərimizə inanırıq. Bu oyunda hamımız bir olmalıyıq. Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız olacaq. Qrupdakı son matç Azərbaycan futbolu üçün çox vacibdir. Biz məsuliyyəti dərk edirik və bu çətin görüşə hazır olacayıq. Birlikdə bu mərhələni keçməyə çalışacayıq. Klub olaraq “İnter”lə matçın yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılıq baxımından nə lazımdısa ediləcək”.

 

 

  • Share on Tumblr


Oxşar xəbərlər