“Futbolçu üçün ən böyük cəza iştirak etməli olduğu oyunu tribunadan izləməkdi”
30 Noyabr 2014 13:41

“Hələ əvvəldən oyunun çətin alınacağını bilirdik. Heç bir tərəf üstün deyildi. Az da olsa, qol imkanlarımız var idi”. Sportpress.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə “Qəbələ” ilə oyun haqda danışarkən deyib.

Yunuszadə əvvəlki turda “Xəzər Lənkəran”a qarşı baş tutan oyunda meydana çıxmamasının səbəbini cəzalanması ilə bağlı olduğunu etiraf edib.

O, bu cür səhvə bir daha yol verməyəcəyini bildirib: “İndi hər şey qaydasındadı. Çalışacağıq ki, bundan sonra eyni hal təkrarlanmasın. Hər bir xırdalığa diqqət yetirəcəyik ki, bir də cəzalandırılmayaq. Bunu şişirtməyə dəyməz. Hər bir futbolçu səhvə yol verə bilər. Yatıb gecikə, nəyisə unuda bilərik. İnsanı başa düşmək lazımdı. Ən böyük cəzanı ötən matçda aldım. Meydana çıxmadım və oyunu tribunadan izlədim. Futbolçu üçün ən böyük cəza iştirak etməli olduğu oyunu tribunadan izləməkdi. Bu, pul cəzasından da ağırdı”.

 

 

  • Share on Tumblr


Oxşar xəbərlər