İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Sportpress.az-ın məlumatına görə, Təbriz təmsilçisi “Traktorsazi” “Padideh Şandiz” klubu ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtın ikinci dəqiqəsində qapısında qol görən “Traktorsazi” kubokla vidalaşıb. Təbriz təmsilçisinin qapısından həlledici qolu “Neftçi”nin sabiq hücumçusu Bahadır Nasimov keçirib.