“Sumqayıt”ın futbolçusu UEFA-nın siyahısında 6-cı oldu
27 Noyabr 2014 16:03

Milli çempionatlarda qol vuran 10 ən gənc futbolçunun siyahısı açıqlanıb. Sportpress.az-ın məlumatına görə, UEFA-nın Avropa ölkələri üçün tərtib etdiyi siyahıya yüksək liqada qol hesabını 16 yaşadək açan futbolçular daxil olub. Bu siyahıya “Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Orxan Əliyev də düşüb. Belə ki, futbolçunun 15 yaş 236 günlüyündə fərqlənməsi UEFA-nın diqqətindən yayınmayıb. 2011-ci ilin avqustunda “Qəbələ” ilə görüşdə fərqlənməsi Orxanı rekordçular siyahısına daxil edib. Orxan UEFA-nın bütün liqaları və bütün illəri əhatə etmədiyindən natamam sayılan siyahısında 6-cı pillədə qərarlaşıb (klub saytı).

  • Share on Tumblr


Oxşar xəbərlər