Elxan Məmmədov AFFA-da məşqçilərlə iclas keçirdi
24 Noyabr 2014 12:49

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib. Sportpress.az-ın məlumatına görə, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər. Toplantıda ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ətraflı müzakirə olunub, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürülüb.

Qeyd olunub ki, analoji müzakirələr mütəmadi olaraq aparılacaq (affa.az).

  • Share on Tumblr


Oxşar xəbərlər