MMA üzrə AÇ: Azərbaycan 4 medal qazandı – FOTOREPORTAJ
17 Noyabr 2014 12:03

Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb. 20 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Sportpress.az-ın məlumatına görə, 84 kq-da Taleh Nəcəfzadə finalda məğlub olmaqla gümüş medala layiq görülüb. 93 kq-dan yuxarı çəkidə yarışan Zaur Hacıbabayev isə bütün görüşlərini qələbəylə başa vuraraq Avropa çempionu tituluna sahib çıxıb. Qeyd edək ki, Hacıbabayev bir neçə ay əvvəl MMA üzrə dünya çempionu olub.

Komanda hesabında Rusiya yığması birinci olub. Azərbaycan və Ukrayna müvafiq olaraq ikinci və üçünçü yeri tutub.  Turnirin fəxri qonağı MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko bağlanış mərasimində çıxış edərək təşkilatçılara təşəkkür edib: “MMA Azərbaycanda sevilir. İdmanın bu növü ölkədə inkişafdadır. Bu amil bizi çox sevindirir. Avropa çempionatının təşkilatçılarına təşəkkür edirəm. Bu MMA üzə Azərbaycanda ən böyük yarış oldu. Fikrimcə gələcəkdə belə turnirlər Bakıda çox olacaq. Gənclər və İdman nazirliyinə təşkilatçılara göstərdiyi dəstəyə görə çox sağ ol deyirəm”.

_TOF0459_resize _TOF0503_resize _TOF0529_resize _TOF0543_resize _TOF0590_resize _TOF0632_resize _TOF0643_resize _TOF0691_resize _TOF0746_resize _TOF0776_resize _TOF0855_resize _TOF0863_resize _TOF0886_resize _TOF0890_resize _TOF0900_resize _TOF0916_resize _TOF0967_resize

 

  • Share on Tumblr


Oxşar xəbərlər