Azərbaycan şahmat tarixində rekord
12 Noyabr 2014 11:29

Soçidə keçirilən FİDE-nin Prezident Şurasının qərarına əsasən 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib. Sportpress.az-ın məlumatına görə, Günay Azərbaycanın Şahmat tarixində belə gənc yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adı alan ilk şahmatçıdır

Günay Məmmədzadə 2014-cü ilin fevral ayının 1-dən 9-dək Moskva şəhərində keçirilən ənənəvi “Moskva Open” turnirində və fevral ayının 10-dan 19-dək Minskdə keçirilən David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edərək beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayıb. Məmmədzadə, həmçinin bu il Respublikamızın müstəqilliyinə həsr olunmuş “Baku Open 2014” beynəlxalq şahmat turnirdə qrossmeyster normasını və kişilər arasında beynəlxalq usta balını toplayıb

 

  • Share on Tumblr


Oxşar xəbərlər