“Bakı” Qəbələyə itkilərlə yollanacaq
31 Oktyabr 2014 17:57

Bazar günü Premyer Liqanın 11-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə görüşəcək “Bakı” qarşıdakı oyuna ciddi itkilərlə çıxacaq. Sportpress.az-ın məlumatına görə, bir müddətdir Slovaniyaya yollanan Yure Travner hələ də Bakıya geri qayıtmayıb. Komandanın ən yaxşı bombardiri, cari mövsümdə 5 dəfə rəqib qapılarına yol tapan Nurlan Novruzov da “Qəbələ”yə qarşı oynamayacaq. Gənc hücumçu son turda “Neftçi”yə qarşı baş tutan görüşdə mövsümdə dördüncü sarı vərəqəsini almaqla cəzalı duruma düşüb. Bu iki futbolçudan başqa Eltun Hüseynov də Qəbələdə meydana çıxmayacaq. Gənc müdafiə hələ də zədəsini bərpa etməyib. Əvəzində son turda meydana çıxmayan Vüqar Bəybalayev cəzasının başa vuraraq, heyətə geri dönüb.

  • Share on Tumblr


Oxşar xəbərlər