Bakı 2015 Avropa Oyunları Bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
31 Oktyabr 2014 13:18

Bu gün Bakı 2015 Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün öz rəsmi veb saytında Qeydiyyat səhifəsini açıq elan edir. Sportpress.az-ın məlumatına görə, veb sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə Bakı 2015 Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Bakı 2015-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.

Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaqlar. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün Bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur. Biz bilirik ki, idman azarkeşləri Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”.

Qeydiyyat səhifəsi Bakı 2015 Avropa Oyunlarının Bilet satışı üzrə Rəsmi Dəstəkçisi olan Tickethour şirkəti tərəfindən hazırlanıb tətbiq edilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “İdman azarkeşləri yarışlarda iştirak etməklə qitənin ən üstün idmançıları üçün yaradılmış bu unikal təcrübəni bölüşmək istəyəcəklər və biz bütün Azərbaycandan və Avropadan Oyunlara böyük maraq gözləyirik. Bu sistem Bakı 2015 ilə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı yerdir. Ona görə də mən bilet alışında maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırıram”.

Veb saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az

 

  • Share on Tumblr


Oxşar xəbərlər