“Sumqayıt” “İnter”lə oyunun hazırlığını davam etdirir
31 Oktyabr 2014 12:53

Azərbaycan Premyer Liqasının növbəti turunda “Kapital Bank Arena”da “İnter”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün növbəti məşqini keçirib. Son olaraq “Qəbələ” ilə oyunda zədələnmiş müdafiəçi Slavik Alxasov hələ də fərdi məşqlərlə kifayətlənir. Zədə səbəbindən son iki turu meydana çıxmayan Bəxtiyar Həsənalızadə isə artıq tam sağalıb və kollektivlə birlikdə hazırlaşır.

Qeyd edək ki, “Sumqayıt” – “İnter” oyunu noyabrın 2-də saat 16:00-da “Kapital Bank Arena”da keçiriləcək.

  • Share on Tumblr


Oxşar xəbərlər