Tsxadadze: “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik”
29 Oktyabr 2014 21:50

“Çox maraqlı oyunun şahidi olduq. Birinci hissədə sürətli oyun izlədik”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis ikinci hissədə üstün olduqlarını bildirib: “Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə biz daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara rəğmən, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.

  • Share on Tumblr


Oxşar xəbərlər