Qurban Qurbanov: “Heç-heçəni daha ədalətli nəticə sayıram”
29 Oktyabr 2014 21:17

“Çox maraqlı oyun alındı. Ən az qol vuran və ən az qol buraxan komandaya qarşı mübarizə apardıq”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov heç-heçə ədalətli nəticə hesab edib: “Oyunda bircə qol çatışmadı. Hər iki komanda qol vurmağa layiq idi. Biz meydançaya üç xal qazanmaq üçün çıxmışdıq. Amma heç-heçəni daha ədalətli nəticə sayıram”.

  • Share on Tumblr


Oxşar xəbərlər