Oğuz Çətin: “Öz oyunumuzu sərgiləyə bilmədik”
29 Oktyabr 2014 18:47

“Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Türkiyəli mütəxəssis rəqib haqda da müsbət fikirlər səsləndirib: “Gənc, mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq. “Sumqayıt”ı təbrik etmək istəyirəm, yaxşı oynadılar. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq. Bu gün eyni işləri həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər biz təzyiq altında çıxış etdik”.

  • Share on Tumblr


Oxşar xəbərlər