Elnur Allahverdiyev: “Mən “Neftçi”dən pula görə getməmişdim”
29 Oktyabr 2014 18:04

“Neftçi”nin müdafiəçisi Elnur Allahverdiyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Bakı” üzərində qazandıqları qələbəni şərh edib. Sportpress.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, o, bunları söyləyib: “Çətin oyun oldu. Qələbə üçün darıxmışdıq. Şadam ki, bu gün qələbə qazana bildik. Vaxtilə mən “Neftçi”dən pula görə ayrılmamışdım. O vaxt məni komandanın baş məşqçisi olan Gede heyətdən kənarlaşdırmışdı”.

  • Share on Tumblr


Oxşar xəbərlər