Tərlan Əhmədov: “Əsas səhv məndə oldu”
25 Oktyabr 2014 23:39

“Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim. Özüm bunu hiss edirdim”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov yenilgiyə görə günahı üzərinə götürüb: “Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım.  Mən özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.

  • Share on Tumblr


Oxşar xəbərlər