PFL 2 oyunun vaxtını dəyişdi
25 Oktyabr 2014 16:51

“Bakılı” klubu Peşəkar Futbol Liqasına müraciət edərək  25 oktyabr – 04 noyabr 2014-cü il tarixlərində klubun 5 üzvünün Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində təlim məşq toplanışında iştirak edəcəyini və bu səbəbdən də I divizionun “Bakılı” – “Şuşa” və “Mil-Muğan” – “Bakılı”  matçlarını başqa tarixə keçirilməsini xahiş edib. Sportpress.az-ın məlumatına görə, bunu nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:

I divizionun VIII turunun “Bakılı” – “Şuşa” matçı 26 oktyabr 2014-cü il tarixindən başqa tarixə keçirilsin.

I divizionun IX turunun “Mil-Muğan” – “Bakılı” matçı 31 oktyabr 2014-cü il tarixindən başqa tarixə keçirilsin.

  • Share on Tumblr


Oxşar xəbərlər