İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının prezidentini qəbul edib
23 Oktyabr 2014 18:25

Ölkə başçısı İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Atıcılıq İttifaqının prezidenti Vladimir Lisini qəbul edib. Sportpress.az xəbər verir ki, görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edilib, mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bu günlərdə Azərbaycanda atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı həmçinin 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışılıb, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirilib.

 

  • Share on Tumblr


Oxşar xəbərlər