Polina Rəhimova debüt matçında 38 xal topladı
23 Oktyabr 2014 16:25

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya çempionatında debüt edib. Sportpress.az-ın məlumatına görə, yığmamızın hücumçusu yeni klubu “Hyundai”nin heyətində ilk rəsmi oyununu keçirib. Rəhimovanın komandası “Huenqkuk”la qarşılaşıb. Matç “Hyundai”nin 3:1 hesablı (25:14; 25:16; 25:22; 25:21) qələbəsi ilə başa çatıb. Bu qələbədə Rəhimovanın böyük rolu olub. Belə ki, Polina 38 xalla matçın ən yaxşısı seçilib.

 

  • Share on Tumblr


Oxşar xəbərlər