Fərhad Əhmədovdan Zabit Səmədova dəstək
08 May 2017 16:39

Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü mayın 13-də Türkiyədə keçirəcək.

Sportpress.az xəbər verir ki, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gələcək. Tailandda iki həftəlik hazırlıq keçən idmançımız ardınca Bakıya gəlib. Belçikalı idmançıya qarşı son məşqçi paytaxtda keçirən Səmədov mötəbər turnirə hazırlıq zamanı ona dəstək olan insanlara təşəkkür edib: “Mənə dəstək olan hər bir insana çox sağ ol deyirəm. Bu döyüşə hazırlıq zamanı Azərbaycanın tanınmış iş adamı Fərhad Əhmədovun dəstəyini hiss etdim. Ona təşəkkür edirəm. Söz verirəm ki, qələbə qazanmaq üçün əlimdən gələni edəcəm”.

“Aznar” şirkətinin rəhbəri Fərhad Əhmədovun bundan sonra Zabit Səmədovun sponsoru olacağı barədə məlumatlar yayılıb.

Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Digər döyüşlərin də keçiriləcəyi gecəyə bir çox siyasətçi, iş adamı və idmançı qatılacaq. Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq.

  • Share on Tumblr