“Qarabağ”ın Ukraynaya gedəcəyi tarix müəyyənləşdi
20 Oktyabr 2014 15:21

“Qarabağ” hazırlıqlarını davam etdirir. Sportpress.az-ın məlumata görə, Avroliqanın III turunda Ukranynada “Dnepr”in qonağı olacaq Ağdam təmsilçisin gündə 1 çalışmayla oyuna hazırlaşır. Premyer Liqanın sonuncu turunda “Qəbələ”ni qəbul edən “Qarabağ” (2:0)  növbəti gün dincəlmişdi.

Komanda bugün və sabah da Bakıda məşqə çıxacaq.  Oktyabrın 22-də isə “Qarabağ” Kiyevə yollanacaq. Məlum olduğu kimi, “Dnepr” – “Qarabağ” oyunu Ukraynanın paytaxtındakı Olimpiya stadionunda keçiriləcək. Matç 23-dən 24-ə keçən gecə 00:05-də start götürəcək.

  • Share on Tumblr


Oxşar xəbərlər