Topaz Premyer Liqasının XXV turunda baş tutan “Qarabağ” – “Qəbələ” (0:0) oyununu izləyənlər arasında K-1 döyüşçüsü Zabit Səmədov da var idi.
Sportpress.az xəbər verir ki, “Qarabağ”ın dəvəti ilə oyunu izləməyə gələn Səmədov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Futbola baxmağa tez-tez gedirsiz?
– Sözün açığı, Azərbaycanda ilk dəfə idi ki,futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı.
- “Qarabağ” azarkeşi olduğunuz şübhəsizdir. Oyunu izləməyə kimin dəvəti ilə gəlmişdiniz?
– “Qarabağ” rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, “Qarabağ”ı dəstəklədim. “Qarabağ” son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnşallah bunun davamı gələcək.
- Ümumiyyətlə, Bakıda nə qədər qalacaqsız? Və bu komandalar arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksizmi?
– Yox, o qədər Bakıda qalmayacam.
- Millimizin oyunlarını izləyirsiz?
– Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.
qafqazinfo.az