Vüqar Həşimovun xatirəsi Moskvada yad ediləcək
10 Aprel 2017 16:32

Mayın 13-də Moskvadakı Millətlər Evində Avropa çempionu, dünyanın aparıcı şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq turnir keçiriləcək.

Sportpress.az xəbər verir ki, turnir “Azərbaycan mədəniyyətinin inkişafı və dirçəlişi” fondunun, Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Bölməsinin və Vüqar Həşimov adına Fondun təşkilatı dəstəyi ilə baş tutacaq.

 

  • Share on Tumblr