“Sumqayıt” “Qəbələ” ilə oyunun hazırlığına start verib
20 Oktyabr 2014 15:06

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu 1 günlük istirahəti başa vurub. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası “Kapital Bank Arena”da səhər məşqinə çıxıb. “Neftçi” ilə qarşılaşmada zədələnən Tofiq Mikayılovdan başqa, Bəxtiyar Həsənalızadə də zədə səbəbindən məşqdə iştirak etməyib.

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” oyunu oktyabrın 24-də keçiriləcək.

  • Share on Tumblr


Oxşar xəbərlər