Millimiz FİFA-nın reytinq siyahısında 2 pillə irəlilədi
06 Aprel 2017 13:05

FİFA dünya yığmalarının yeni reytinq siyahısını dərc edib.

Sportpress.az xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verib.

Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 2 pillə irəliləyib və 89-cu sıradan 87-ci pilləyə yüksəlib. Milli komanda buna martın 9-da yoldaşlıq oyununda Qətəri məğlub edərək (2:1), 26-da isə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Almaniyaya uduzaraq, (1:4) xal hesabını 380-dən 386-ya yüksəltməklə nail olub.

2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1464 xalla 3-cü yerdə qalıb. Xalını 823-ə çatdıran Şimali İrlandiya 9 pillə irəliləyərək 26-cı olub. Çexiya 679 xalla 4 pillə geriləyərək 42-ci sıraya düşüb. San Marino da 12 xalla 1 pillə geriləyərək, 203-ci yerdə qərarlaşıb. 387 xala malik Norveç isə 5 pillə geriləyib. Skandinaviya təmsilçisi 86-cı yerdədir.

Braziliya 1661 xalla 1-ci pilləyə yüksəlib. Zirvəni əldən verən Argentina 1603 xalla 2-ci sıradadır.

Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 4-də açıqlanacaq.

  • Share on Tumblr