İslamiadada futbol yarışlarının püşkü atıldı
06 Aprel 2017 22:01

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının püşkü atılıb.

Sportpress.az xəbər verir ki, Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası A qrupuna düşüb.

Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş olub. B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb.

Qeyd edək ki, futbol yarışları mayın 8-dən başlanacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpazlama üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

  • Share on Tumblr