Braziliyaya gedən yol məhlədən başladı
01 Aprel 2017 00:00

Neymar Jr”s Five beynəlxalq futbol turniri artıq ikinci dəfə Azərbaycanda keçiriləcək, amma ilk dəfə başqa ad altında keçirilib – Red Bull Winning 5. Oyun unikaldır və unikallığı onun qaydalırandadır. Hər komandada 5 oyunçu olur, meydança balaca olur və hər vurulan qol rəqib komandanın bir oyunçusunu meydançadan kənarlaşdırır.

Birinci dəfə keçirilən zaman Bakıda, Gəncədə, Qubada, Şəkidə, Sumqayıtda və Lənkəranda seçim mərhələləri keçirilib, 200-dən çox komanda iştirak edib. Qalib isə, əlbəttə ki, bir komanda oldu – DeFacto komandası. Bu bəxtəvərlər Braziliyaya Dünya Finalına yonlandılar. Orada yüksək nəticə göstərə bilməsələrdə, Neymarı canlı olaraq görüb onunla oyunları izlədilər və əlbəttə ki, şəkil çəkdirdilər.

DeFacto komandasının kapitanı Bəxtiyar Məsiməliyev 2015-ci ildə turnirə necə qoşulduğundan və ümumiyyətlə məhlədən başlayan yol Braziliyaya qədər necə apardığından danışdı.

Bu sözlərdən və bir çempionat haqqında ətraflı məlumat alandan sonra başladı komanda yoldaşlarını yığmağa. Hər şey əla idi, çünki Bəxtiyar 12 yaşından futbol ilə məşquldur və bu turnir də onun üçün özünü göstərmək üçün bir fürsət idi. Amma kapitanın dediyinə görə, baxmayaraq ki, bütün heyət yığılmışdı seçim mərhələsi günü iki oyunçu gəlməmişdi və Bəxtiyar, elə meydançanın ətrafında oyunlara azarkeşlik edən tanışlarını onunla bir komandada oynamağa dəvət edir.

DeFacto komandası asanlıqla bütün rəqiblərini keçərək Milli Finala vəsiqə qazandı. Final Bayıl Arenada keçirilib, bu ana sonda bir daha qayıdacıq.

DeFacto komandası açıq aydın liderliyini nümayiş etdirib son final oyunununda da qalib gələrək hər şeydən öncə, Milli Finalın xüsusi qonağı olan sərbəst üslublu peşəkar futbolçu Sean Garnier’in komandası ilə bir oyun oynadılar. Onlar qalib oldu, qabaqda Braziliya idi.

DeFacto komandası 2016-cı ildə keçirilən Neymar Jr’s Five futbol turnirin Dünya Finalına vəsiqəni qazandı və həmən tədbirdə Azərbaycanı təmsil etdi. Bu il isə, yenidən ölkənin ən güclüsü seçiləcək və Braziliyaya Dünya Finalına yollanacaq.

Hal-hazırdan Bəxtiyar yeni qurulmuş “Səbail” futbol klubunda çıxış edir və klubun stadionu məhz DeFacto komandasına qələbə qazandıran Bayıl Arenadır.

Hamıya qalib gəl!

Hamiya uğurlar, ən güclüsü qalib olsun! Meydançada görüşənədək!

 

 

 

 

 

 

  • Share on Tumblr