“Neftçi” Rusiyadan dördüncü yerlə qayıdır
20 Oktyabr 2014 15:02

“Neftçi” PFK-nın U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirini başa vurub. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Eldəniz Məmmədovun yetirmələri 3-cü yer uğrunda oyunda “Voronej” klubu ilə qarşılaşıb. 0:1 hesabı ilə məğlub olan komandamız turnirdə 4-cü yeri tutub.

Qeyd edək ki, “Neftçi” A qrupunda “Kalininqrad” (2:0), Qazaxıstanın “Kostanay” (0:3), Abxaziyanın “Ritsa” (5:1) və “Soçi” (1:1) komandaları ilə qarşılaşmışdı.

  • Share on Tumblr


Oxşar xəbərlər