Marina Nekrasova Dünya Kubokunda bürünc medal qazandı
19 Mart 2017 00:16

Sportpress.az xəbər verir ki, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Final mərhələsində çıxış edən Marina Nekrasova sərbəst hərəkətlərdə bürünc medala layiq görülüb.

Azərbaycan təmsilçisi mükafatlandırmadan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb: “Mən hərəkəti maksimum yerinə yetirdim. Tir üzərində hərəkətlərdə isə bir qədər həyəcanlandım. Hərəkəti daha yaxşı yerinə yetirə bilərdim. Çox şadam ki Dünya Kubokunda fəxri kürsüdə yer aldım. Bundan sonra Avropa çempionatına hazırlaşacam”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda 23 ölkə iştirak edib.

  • Share on Tumblr