Kamran Ağayev məşqdə zədələndi
22 Mart 2017 00:09

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq yığmamız hazırlıqlarını davam etdirir.

Sportpress.az Futbol11-ə istinadən xəbər verir ki, toplanışın ikinci günündə yığmamız daha bir itki ilə üzləşib. Namiq Ələsgərovla Ruslan Abışovun ardından daha bir futbolçu sıradan çıxıb. Söhbət təcrübəli qapıçı Kamran Ağayevdən gedir. Ağayev komandanın bu gün baş tutacaq məşqində iştirak etməyəcək. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Həkimlər icazə verməsə, Kamran da digər futbolçular kimi Almaniya ilə oyunu buraxmalı olacaq. Azərbaycan – Almaniya oyunu martın 26-da baş tutacaq

  • Share on Tumblr