50 qola yaxınlaşanlar
20 Oktyabr 2014 14:39

Karyerasını davam etdirən futbolçular arasında Azərbaycan çempionatının ən yaxşı bombardirləri sırasında olanlar üçün VIII tur uğurlu olub. Sportpress.az-ın məlumatına görə, Rəşad Abdullayev AZAL, Vüqar Nadirov “Qarabağ”, Rauf Əliyev “Xəzər Lənkəran”ın heyətində fərqlənib. Sonuncu qol sayını 36-ya çatdırıbsa, hesabında 40-dan artıq qol olan digərləri 50 və daha çox qol vuranların siyahısına daha da yaxınlaşıb. 47-ci dəfə qol sevinci yaşayan Abdullayevi 32 nəfərlik siyahıdan cəmi 3 qol ayırır. Nadirov isə bunun üçün 9 qol vurmalıdır. Ümumiyyətlə hazırda Premyer Liqada çıxış edən 8 oyunçunun hesabında 30 və daha çox qol var.

1. Rəşad Abdullayev – 47

2. Viktor İqbekoyi – 43

3. Vüqar Nadirov – 41

4. Rauf Əliyev – 36

5. Baçana Tsxadadze – 33

6-7. Əfran İsmayılov, Junior Nildo – 31

8. Flavinyo – 30

  • Share on Tumblr


Oxşar xəbərlər