Azərbaycan – Almaniya oyunun şərhçisi bu xanım olacaq
22 Mart 2017 00:07

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan – Almaniya oyununu rəqib ölkədə qadın jurnalist şərh edəcək.

Sportpress.az xəbər verir ki, RTL telekanalında canlı yayımlanacaq matçı tamaşaçılara Laura Vonttora çatdıracaq.
O, qarşılaşmanı Almaniya millisinin sabiq qapıçısı Yens Lehmanla birlikdə şərh edəcək. Bu Lauranın uşaqlıq arzusu olub. Telekanal rəhbərliyinin bu etimadından sonra Laura sevincini dilə gətirib: “Çox sevinirəm. Yens Lehmanla birlikdə futbol şərh etmək möhtəşəm olacaq”.

  • Share on Tumblr