“Neymar Jr’s Five” yenidən Azərbaycanda
21 Mart 2017 23:36

İspaniyanın “Barcelona” klubunun ulduz futbolçusu Neymarın şərəfinə adlandırılan “Neymar Jrs Five” gənclər arasında futbol turnirinə seçimlər növbəti dəfə ölkəmizdə keçiriləcək.

Sportpress.az saytının məlumatına görə, bu il gənclərə yenidən özünü sınamaq imkanı veriləcək.

Qeyd edək ki, 2016-cı ildə 47 ölkədən 65000 oyunçudan ibarət 10000-dən artıq komanda dünya çempionu adı uğrunda mübarizə aparıb. Azərbaycandan “DeFacto” komandası milli turnirin qalibi olmuş və ölkəmizi dünya çempionatının finalında təmsil etmək üçün Braziliyaya yollanmışdı.

Komanda qalib olmasa da, gənc furbolçular dünyanın ən yaxşı furbolçuları ilə oynamaq və şəxsən Neymar ilə görüşmək şansı qazanmışdılar.

Turnir adətən altı 18-25 yaşlı oyunçudan ibarət komandalarar asında keçirilir. Amma bu il ilk dəfə olaraq hər komandaya 25 yaşdan yuxarı iki oyunçu daxil ola biləcək.

Minlərlə komanda kvalifikasiya mərhələsində qalib gəlmək üçün mübarizə aparacaq; onların məqsədi ölkələrində çempionu olub Braziliyada keçiriləcək final yarışlarına bilet qazanmaqdır. Azərbaycanda kvalifikasiya mərhələsi Quba, Şəki, Gəncə və Bakı şəhərlərində keçiriləcək. Milli final isə mayın 6-sı Bakıda baş tutacaq. Final yarışları Neymarın vətəni Praya-Qrandidə, “Instituto Projeto Neymar Jr” stadionunda keçiriləcək. Neymar bu şəhərdə böyüyüb, turnirin keçirilməsi üçün əsas götürülən futbol növü olan futzal oynamağı burada öyrənib.

“Mən həmişə dostlarımla bu tip futbol oynamışam. Turnir mənə uşaqlığımı xatırladır, bununla çox fəxre dirəm. Beş oyunçudan ibarət komandaların yarışdığı oyunlarda qalib gəlmək və rəqiblərin hamısını oyundan çıxarmaq üçün strategiya olmalı, düzgün vaxtda hücum və müdafiə etməyi bacarmaq lazımdır. Düzgün müdafiə qurmaq çox vacibdir, bu bacarıq turnurdə səni çox irəliapara bilər”.

Beləliklə futbol oynamağı bacaran gəncləri maraqlı yarışda iştirak etməyə dəvət edirik.

Qeyd edək ki, qalib komanda Neymarın vətəni Braziliyada təşkil olunacaq dünya çempionatında Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

Müraciət etmək üçün Facebook tədbir səhifəyə daxil olun – http://win.gs/neymarjrs5turnir.

  • Share on Tumblr