3 futbolçu üçün yubiley
20 Oktyabr 2014 14:23

Üç futbolçu Azərbaycan Premyer Liqasında yubiley matçına çıxıb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki,  onlardan biri 250-ci, ikisi 100-cü dəfə çempionat matçının iştirakçısı olub.

Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qara Qarayev çempionatda 100 görüşün hamısını “Qarabağ”ın formasında keçirib. Klubunda 100-cü Premyer Liqa matçına 7-ci mövsümdə çıxan dayaq yarımmüdafiəçisi bu matçlarda 1 qol vurub.

“Bakı”, “Qarabağ”, “Simurq”, “Kəpəz”, “Rəvan”da da çıxış etmiş Bəxtiyar Soltanov 100-cü oyununu “Araz-Naxçıvan”ın heyətində keçirib. 2007/08 mövsümündə debüt edən hücumçu yubiley matçında 14-cü qolunu vurub.

Debütü 2001/02 mövsümünə təsadüf edən Elnur Abdullayev “Bakı”, “Neftçi”, AZAL, “Turan”, “Muğan”da çıxış etdikdən sonra 250-ci oyununu “Xəzər Lənkəran”da keçirib. Hesabında 15 qol da olan yarımmüdafiəçi 250 və daha çox matç keçirən 39-cu futbolçu olub.

  • Share on Tumblr


Oxşar xəbərlər