Əliyar Ağayev “Qalatasaray” – “Borussiya” matçını idarə edəcək
20 Oktyabr 2014 14:10

FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Sportpress.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.

  • Share on Tumblr


Oxşar xəbərlər