Vəli Qasımov yeni mövsümdə də “Neftçi”nin baş məşqçisi olacaq
05 İyun 2016 13:52

Ötən gün “Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Sportpress.az xəbər verir ki, Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün “Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə təsdiq olunub.

Bundan əlavə klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib. Amma büdcə ilə bağlı hansı qərarların qəbul edildiyi açıqlanmır.

  • Share on Tumblr


Oxşar xəbərlər