Döyüş ustalarımız Avropa çempionatında 5 medal qazandı
18 May 2016 20:29

13-14 may 2016-ci il tarixində Tiflisdə keçirilən kyokuşinkay karate (şinkyokşin disiplini) üzrə Avropa Çempionatı başa çatıb. Sportpress.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. 85 kq-da çıxış edən  Səlahət Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda məğlub olan Kərim Kərimov gümüş medalla kifayətlənib.

Yasir Məmmədov, Mübariz Ağamalıyev və Valeh Cəfərov bürünc medala layiq görülüb.

Qeyd edək ki, beynəlxalq hakimlərimiz Tiflisdəki yarışda ədalət təmsilçisi olub.

  • Share on Tumblr