Azərbaycanlı tələbə bu dəfə 2.07 metr nəticəylə fərqləndi
18 May 2016 10:28

image (6)

ABŞ-ın Nebraska ştatında atletika üzrə Tələbələrin Liqa yarışlarının növbəti mərhələsi başa çatıb. Sportpress.az xəbər verir ki, Linkoln şəhərində keçirilən turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. O, hündürlüyə tullanma yarışlarında bu dəfə 2.07 m nəticə göstərib və 6-cı yeri tutub. Həmyerlimizə müvafiq yer üçün nəzərdə tutulan diplom və mükafatlar təqdim olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Tələbələrin Liqa yarışlarının əvvəlki mərhələsində Ələsgər Məmmədov 2.05 m nəticə ilə üçüncü yeri tutub və bürünc medala layiq görülüb.
Ümumilikdə yarışdakı çıxışını yüksək qiymətləndirən təşkilatçılar Miçiqan Universitetində təhsil alan Ə.Məmmədovun böyük potensiala malik olduğunu bildirib.

image (5)

  • Share on Tumblr