Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adları açıqlandı
18 May 2016 08:47

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb. Yarışın Əməliyyat Komitəsinin mətbuat xidmətindən sportpress.az saytına verilən məlumata görə, “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabrda paytaxtımızda baş tutacaq Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.

Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

  • Share on Tumblr