Azərbaycanlı tələbənin ABŞ-dakı uğuru
12 May 2016 11:24

Texas Universitetində yüngül atletika üzrə Amerika Birləşmiş Ştatlarındakı Tələbələrin Liqa yarışları keçirilib. Sportpress.az xəbər verir ki, ənənəvi mötəbər yarışda Birləşmiş Ştatların əksər universitetlərinin tələbələri mübarizə aparıb.

Turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. Hündürlüyə tullanma yarışlarında həmyerlimiz 2.05 m nəticəylə üçüncü yeri tutub. Yarışın qalibi adını 2.16 m nəticəylə Çarles Austin qazanıb.

Yekun nəticələrə əsasən Miçiqan Universitetində təhsil alan Azərbaycanlı tələbə Ələsgər Məmmədov yarışın bürünc medalına layiq görülüb.

  • Share on Tumblr