Fernando Alonso Bakıda maşın sürdü – FOTO
09 Mart 2016 08:26

“Formula-1” üzrə ikiqat dünya çempionu titulunu qazanan və hazırda “McLaren Honda” komandasının heyətində çıxış edən Fernando Alonso Avropa Qran-prisinin rəsmi elçisi kimi Bakıya gəlib.

Sportpress.az xəbər verir ki, o, Bakıya səfəri çərçivəsində “Formula-1”in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

Fernando Alonso “Formula-1” yarış təqviminə ən son əlavə olunan Bakı Şəhər Halqasını əyani şəkildə müşahidə etmək üçün Azərbaycana səfər edən ilk pilotdur. Avropa Qran-pri yarışına 100 günün qaldığı bir ərəfədə Bakıya səfər edən ispaniyalı pilot şəhərin mərkəzi küçələrindən keçəcək trekin inşası ilə əlaqədar birinci mərhələdə görülən işlərin nəticələri, eyni zamanda, bu yay baş tutacaq “Formula-1” yarışınadək trekin tam hazır vəziyyətə gətirilməsi üçün “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin apardığı gündəlik işlərin gedişi ilə əyani şəkildə tanış olub.

Trekdə gəzinti zamanı F.Alonsoya tezliklə Bakının əzəmətli Hökumət Evinin qarşısında Paddok və Pit yolu kimi fəaliyyətə başlayacaq ərazilərdə görülən hazırlıqlar, o cümlədən ikimərtəbəli Pit binasının tikintisi ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verilib. “McLaren Honda” komandasının pilotu, həmçinin Avropa Qran-prisinin “vizit kartı” hesab olunan Fernando Alonso İçərişəhər divarlarının ətrafından keçən trekin 8-11-ci döngələri əhatə edən 7,6 metrlik ensiz yoxuş hissəsi ilə də tanış olub. İspaniyalı pilot daha sonra Bakının müdafiə məqsədilə tikilmiş qədim abidəsi olan Qız qalasının ətrafından keçən və ikiistiqamətli hərəkət hissəsindən ibarət olan 16-cı döngəyə baş çəkib. O, həmçinin şəhər halqasının Bakının gözəl mənzərəli dənizkənarı bulvarı boyu uzanan və finiş xəttinə doğru avtomobillərin saatda 340 kilometr sürət yığa biləcəyi sürətlənmə xəttinə də baxış keçirib.

_TOF9934_resize

_TOF9948_resize

2347

42126

FOTOLAR TOFİQ BABAYEVİNDİR.

  • Share on Tumblr


Oxşar xəbərlər